NATO Rusiyanın Ukraynada keçirəcəyi referenduma münasibət bildirdi

NATO Rusiyanın Ukraynada keçirəcəyi referenduma münasibət bildirdi NATO Rusiyanın Ukraynada keçirmək istədiyi referenduma münasibət bildirib.
Təşkilatın Baş katibi Yens Stoltenberq bildirib ki, saxta seçkilərin heç bir legitimliyi yoxdur.
"Bu Putinin müharibəsinin daha da şiddətlənməsi deməkdir. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn açıq formada pozulmasını qınamalı, Ukraynaya dəstəyini artırmalıdır", - deyə Stoltenberq bildirib.
NATO Baş katibi "seçkilərin" Rusiyanın Ukrayna müharibəsinə heç bir dəyişiklik etməyəcəyini əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər