NATO müdafiə nazirlərinin Brüssel görüşünün tarixi açıqlandı

NATO müdafiə nazirlərinin Brüssel görüşünün tarixi açıqlandı NATO müdafiə nazirləri 21-22 oktyabr tarixlərində Brüsseldə bir araya gələcəklər.
Bu barədə çərşənbə axşamı Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.
“Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində toplantısı 21 və 22 oktyabr 2021-ci il tarixlərində NATO-nun qərargahında keçiriləcək. Görüşlərə şəxsən NATO-nun baş katibi Yens Stoltenberq rəhbərlik edəcək”, - deyə sənəddə deyilir.
Bildirilib ki, görüşün proqramı daha sonra açıqlanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər