Finlandiya Prezidenti Sauli Niinistyo Ukraynaya yeni böyük hərbi yardım paketi vermək qərarına gəlib.
Bu barədə Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytında bildirilir.
Qeyd olunub ki, yardım paketinin dəyəri 55,6 milyon avroya çatacaq.
“Ukraynanın öz ərazisini müdafiə etmək üçün dəstəyə ehtiyacı var. Hazırda göndərilən müdafiə yardımı bu günə qədər etdiyimiz yardımların ən böyüyüdür.” - müdafiə naziri Antti Kaykkonen bildirib.
Yeni paketin təqdim edilməsinə qərar verilərkən həm Ukraynanın ehtiyacları, həm də Finlandiya Müdafiə Qüvvələrinin resursları nəzərə alınıb.
Yardımın təyinat yerinə uğurla çatdırılmasını təmin etmək üçün paketin məzmunu, çatdırılma üsulu və qrafiki haqqında əlavə məlumat verilməyib.
Tehsil-press.az