Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin (ELSA Azərbaycan) təqdimat mərasimi keçirilib.
Əvvəlcə Milli Məclisin deputatı Kamal Cəfərov, Hüquq fakültəsinin dekanı Zaur Əliyev və ELSA Azərbaycan təşkilatının milli idarə heyətinin iştirakı ilə görüş olub. Hüquq fakültəsi ilə ELSA Azərbaycan arasında mövcud olan əlaqələr, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Təqdimat mərasimində Kamal Cəfərov və Zaur Əliyev çıxış edərək ELSA Azərbaycan təşkilatının fəaliyyəti haqqında fikirlərini bildiriblər.
Qeyd olunub ki, hazırda Azərbaycanın müasir, müstəqil düşüncəli, dövlət siyasətinə sadiq, peşəkar, gənc hüquqşünaslara, kadrlara ehtiyacı var. Avropanın 44 ölkəsindən 350-dən çox şəhər və universiteti, həmçinin 60 mindən çox gənci sıralarında birləşdirən ELSA dünya üzrə hüquq təhsili alan gənclərin və tələbələrin ən böyük təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə qoyulub. Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis olunub.
Daha sonra ELSA Azərbaycanın 8 nəfərdən ibarət milli idarə heyəti tərəfindən təşkilat və onun həyata keçirdiyi layihələr barədə tələbələrə ətraflı məlumat verilib.
Tehsil-press.az