BDU-nun Hüquq fakültəsində onlayn görüş: Gənclər üçün imkanlar

BDU-nun Hüquq fakültəsində onlayn görüş: Gənclər üçün imkanlar Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovla “Gənclər üçün imkanlar” mövzusunda onlayn görüş keçirilib.
Fakültənin dekanı Əmir Əliyev ölkəmizdə həyata keçirilən islahatların bütün sahələrdə çoxsaylı uğurların qazanılmasına səbəb olduğunu qeyd edib. O, bu uğurlardan ölkəmizin gənclərinə də pay düşdüyünü, vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasına, gənclərin ictimai fəallığının artırılmasına və onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsinə xidmət edən Gənclər Fondunun daim gənclərə dəstək olduğunu, onlar tərəfindən hazırlanmış layihələri uğurla həyata keçirdiyini vurğulayıb.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclər üçün yaradılan imkanlar, həyata keçirilən layihələr, təhsil xərclərinin maliyyələşdirilməsi, qrant müsabiqələri, beynəlxalq təşkilatların təcrübə proqramlarında və tədbirlərində iştirakın dəstəklənməsi məsələləri barədə məlumat verib, çoxsaylı sualları cavablandırıb.
Görüşdə 350-dən çox gənc iştirak edib.

Tehsil-press.az



Oxşar xəbərlər