Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir 10 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib.
Mərkəzi icra hakimiyyəti orqanlarında elana çıxarılan vəzifələrin 29-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 9-u B növünə (inzibati icraçı) aiddir.
Daxili müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, rəhbərin müavini-rəis müavini və Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi, rəhbərin müavini-direktor müavini vəzifələridir.
Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 9, Maliyyə Nazirliyində 8, İqtisadiyyat Nazirliyində 8, Mədəniyyət Nazirliyində 3, Kənd Təsərrüfatı Nazirliyində 2, Hesablama Palatasında 2, Qida Təhlükəsizliyi Agentliyində 2, Dövlət Turizm Agentliyində 2, Səhiyyə Nazirliyində 1 və Əqli Mülkiyyət Agentliyində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:
-Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
-Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər dekabrın 9-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Tehsil-press.az


Oxşar xəbərlər