Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir Aprelin 14-də 9 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatına uyğun olan 22 vəzifənin tutulması üçün daxili müsahibə elanı verilib.
Daxili müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifələridir.
Ümumilikdə isə Ali Attestasiya Komissiyasında 7, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 6, Səhiyyə Nazirliyində 2, Kənd Təsərrüfatı Nazirliyində 2, Mədəniyyət Nazirliyində 1, Energetika Nazirliyində 1, Maliyyə Nazirliyində 1, Əqli Mülkiyyət Agentliyində 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Qeyd olunan vəzifələrin tutulması məqsədilə elan edilmiş daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.
Müsahibədə iştirak etmək istəyən namizədlər aprelin 14-dən mayın 4-ü saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Tehsil-press.az


Oxşar xəbərlər