Kənd Təsərrüfatı Nazirliyi və Gənclər və İdman Nazirliyində inzibati vəzifələrin 2-4-cü təsnifatına uyğun olan dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) aid 9 inzibati vəzifənin tutulması məqsədilə yanvarın 21-də elan olunmuş daxili müsahibəyə qeydiyyat davam edir.
Daxili müsahibəyə Kənd Təsərrüfatı Nazirliyində 7, Gənclər və İdman Nazirliyində isə 2 vakant inzibati vəzifə çıxarılıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə DİM tərəfindən göstərilən dövlət xidmətlərin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə vəzifələrin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Daxili müsahibədə iştirak etmək istəyən namizədlər fevralın 9-u saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Bu günə məlumata görə, daxili müsabiqədə iştirak etmək üçün 20 nəfər qeydiyyatdan keçib.
Tehsil-press.az