“ABŞ-nin məqsədi Avropanı yıxmaqdır” - Lukaşenko

“ABŞ-nin məqsədi Avropanı yıxmaqdır” - Lukaşenko “Amerikalıların məqsədi Avropanı yıxmaq, Rusiyadan keçməklə Çinə çatmaqdır”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, ABŞ-nin Ukrayna rəhbərliyinə Rusiya ilə danışıqlar prosesinə başlamağa imkan vermədiyini deyib:
“Amerikalılar Avropanı yıxmaq və Rusiyadan keçməklə Çinə çatmaq istəyirlər. Onlar Rusiyanı tapdalamaq niyyətindədilər”.
Belarus lideri Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlar prosesini  pozduğunu qeyd edib:
"Ukraynalılar Rusiya ilə danışarkən əvvəlcədən şərt qoya bilməz. Onlar Rusiya ilə danışıqlar masasına oturmalı, orada bütün şərtləri irəli sürməlidir”.

Tehsil-press.az



Oxşar xəbərlər