Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Moskvada danışıqlar aparıblar.
Rusiya baş nazirinin birinci müavini, maliyyə naziri Anton Siluanov deyib ki, ikitərəfli münasibətlərlə bağlı gündəmdə olan məsələləri, ilk növbədə növbəti ildə Rusiya Federasiyasının vergi qanunvericiliyində olacaq dəyişiklikləri və neft-qaz sektorunda vergi qoyulması üzrə planları müzakirə ediblər: “Qaz və enerji ehtiyatlarının qiymətləri üzrə birgə fəaliyyətlə bağlı məsələləri müzakirə etdik, bütün bu sahələrdə mövqelərin yaxınlaşması barədə razılığa gəldik”.
Baş nazir müavini qeyd edib ki, Rusiya və Belarus inteqrasiya və mübahisəli məsələlərin həlli üzrə təkliflərin hazırlanması üçün işçi qrup yaradacaq. Qrup iki ölkənin hökumətlərinin nümayəndələrindən ibarət olacaq.
O əlavə edib ki, 2020-ci ildən Moskva və Minsk qaz qiymətlərinin formalaşdırılması üzrə təklifləri hazırlamalıdır.
Xatırladaq ki, A.Lukaşenko danışıqlar ərəfəsində, onun informasiyasına görə, Rusiyada hansısa “yeni insanların" Belarusu qardaş dövlət kimi qəbul etmədiklərini bildirmişdi.
A.Siluanov isə qeyd edib ki, Minsk Moskvanın etibarını itirib və Rusiya tərəfi bundan sonra öz qonşusuna pulsuz kömək etmək niyyətində deyil.
Tehsil-press.az