Ötən ay BŞTİ-yə 20 437 müraciət daxil olub

Ötən ay BŞTİ-yə 20 437 müraciət daxil olub Noyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 20 437 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 8 034 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 3 145 vətəndaş müraciət edib.
Noyabr ayında BŞTİ-yə 8 669 sənəd (vətəndaşlar tərəfindən 1 352 ərizə, Təhsil Nazirliyindən 424, vakansiyalar üzrə 5 817 elektron (anket.edu.az) müraciət, digər qurumlardan 209, məktəblərdən 585 məktub və 282 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 589 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, məktəbəqədər təhsil müəssisələrinə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.

Tehsil-press.az


Oxşar xəbərlər