Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş “Yol ver türkün bayrağına!” adlı ədəbi-bədii gecə keçirilib.
Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın həyatı və yaradıcılığı ilə bağlı məlumat verib. Qeyd olunub ki, şair 1922-1927-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun (indiki ADPU) Tarix və filologiya fakültəsində təhsil alıb.
Filial tələbələrinin ifasında şairin "Gəldim Gəncəyə", "Yuxuma gəlmişdin", "Yağış tökdü üstümüzə", "Susmaram" və digər şeirləri səsləndirilib, istiqlal şairi Əhməd Cavad və ömür-gün yoldaşı Şükriyyə xanımın həyatını əks etdirən səhnəciklər, kompozisiyalar nümayiş etdirilib.
Tədbirdə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovaya düşüncələrini bölüşüb: “Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2022-ci il 20 aprel tarixli Sərəncamından irəli gələn məsələləri icra etmək borcumuzdur, bu səbəbdən də təşkil edilən tədbirin mənəvi dəyəri də olduqca yüksəkdir. Digər tərəfdən şair həm də ADPU-nun fəxrlə andığımız yüzlərlə görkəmli məzunlarındandır”.
Digər çıxış edənlər də istiqlal şairi Əhməd Cavadın həyatının müxtəlif səhifələrindən söz açıblar.
Filialın direktoru dosent Yusif Alıyev Azərbaycan ictimai fikir tarixində önəmli yer tutan Əhməd Cavada həsr olunmuş tədbirdə iştirak etdikləri üçün qonaqlara minnətdarlığını bildirib.
Tehsil-press.az