Azərbaycan Dillər Universitetində milli istiqlal şairi Əhməd Cavadın xatirəsi anılıb

Azərbaycan Dillər Universitetində milli istiqlal şairi Əhməd Cavadın xatirəsi anılıb Azərbaycan Dillər Universitetində (ADU) Pedaqogika kafedrasının və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə milli istiqlal şairi Əhməd Cavadın 130-cu ildönümünə həsr olunan tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir magistrant tələbələrin çıxışları ilə davam edib.
Tədbirdə Əhməd Cavad yaradıcılığının bütün istiqamətləri işıqlandırılıb, dahi şairin sözlərinə bəstələnmiş musiqi əsərləri səsləndirilib.

Tehsil-press.az



Oxşar xəbərlər