2023-cü ildə Portuqaliya yanğınla mübarizəyə 250 milyon avrodan çox sərmayə qoyacaq

2023-cü ildə Portuqaliya yanğınla mübarizəyə 250 milyon avrodan çox sərmayə qoyacaq Bütün iqlim və meteoroloji proqnozlara görə, 2023-cü və 2024-cü illərin daha mürəkkəb olacağı, yanğınların sayının daha ekstremal şəkildə artacağı ehtimal edilir.
Bu barədə Portuqaliyanın daxili işlər naziri Xose Luis Karneyro bildirib. Nazirin sözlərinə görə, bu səbəbdən qabaqcadan profilaktik tədbirlər görülməlidir.
Bununla əlaqədar, Portuqaliya hökuməti 2023-cü ildə yanğınların qarşısının alınmasına və söndürülməsinə, o cümlədən yanğınsöndürmə xidmətlərinin dəstəklənməsinə 250 milyon avro ayırıb.

Tehsil-press.az



Oxşar xəbərlər