Xorvatiya 2023-cü il yanvarın 1-dən avroya keçəcək

Xorvatiya 2023-cü il yanvarın 1-dən avroya keçəcək Xorvatiya 2023-cü il yanvarın 1-dən ölkənin əsas valyutası kimi avrodan istifadəyə keçəcək. Bunu Rovinjdə keçirilən "Xorvatiya avrozonanın bir hissəsi kimi" konfransında ölkənin Baş nazirinin müavini, maliyyə naziri Zdravko Mariç deyib.
Xorvatiyanın Avrozonaya qoşulması ilə bağlı rəsmi açıqlama 2022-ci ilin ortalarında gözlənilir. Bununla yanaşı, Mariç qısa müddət ərzində tədavüldən təxminən 1,1 milyard qəpik (kuna və lipa), eləcə də 500 milyon əsginas (kuna) çıxarılmasının zəruriliyinə diqqət çəkib.
Bununla yanaşı, ölkənin avrodan istifadəyə keçidini təmin etmək üçün hökumət, nazirliklər və digər aidiyyəti qurumlar 40-a yaxın qanunu və 70 müxtəlif müvafiq aktları uyğunlaşdırmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər