Avstraliya hökuməti təbiətin bərpasına 35 milyon dollar ayıracaq

Avstraliya hökuməti təbiətin bərpasına 35 milyon dollar ayıracaq Avstraliya federal hökuməti meşə yanğınlarından sonra qitədəki heyvanların yaşayışını bərpa etmək üçün təxminən 35 milyon dollar sərmayə qoyacaq.
Bu barədə Avstraliyanın Ətraf Mühitin Mühafizəsi naziri Susan Ley öz tvitter mikrobloqunda məlumat verib.
Nazir həmçinin bildirib ki, vəsaitlərin bir hissəsi elm adamlarının, ekoloqların və ictimai təşkilatların işlərini dəstəkləməyə ayrılacaq.
Qeyd edək ki, hadisə nəticəsində 27 nəfər ölüb və 2 mindən çox insan evsiz qalıb.
Ümumdünya Vəhşi Təbiət Fondunun Avstraliya nümayəndəliyi isə ölən heyvanların sayının 1,25 milyard olduğunu qeyd edib. Yanğın bütün Avstraliya boyu 8,4 milyon hektar meşəni məhv edib.

Tehsil-press.az

Oxşar xəbərlər