Kulebadan Makrona cavab - “İyrəncdir”

Kulebadan Makrona cavab - “İyrəncdir” “Fevraldan bəri Rusiya 184 ukraynalı idmançını öldürüb. İndi də cənab Bax Emmanuel Makrondan sitat gətirir ki, guya idman siyasiləşdirilməməlidir və Ukrayna, Rusiya və Belarus idmançılarına bərabər münasibət göstərilməlidir”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviter hesabında yazıb.
“Müharibə cinayətlərini ağartmaq üçün idmandan istifadə iyrəncdir” - Kuleba əlavə edib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Rusiya və Belarus idmançılarının Parisdə keçiriləcək 2024-cü il Olimpiya Oyunlarına buraxılmasını zəruri hesab edib.

Tehsil-press.az



Oxşar xəbərlər