“Putin Kadırova Zelenskini öldürmək əmrini verməyib”

“Putin Kadırova Zelenskini öldürmək əmrini verməyib” "Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova Ukrayna lideri Volodimir Zelenskini öldürmək barədə göstəriş verməyib".
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bu barədə yayılan fikirlər cəfəngiyatdır:
"Putin belə bir əmr verməyib, bu, boş söhbətdən başqa bir şey deyil, cəfəngiyatdır".
Qeyd edək ki, Kadırovun Zelenskini aradan qaldıracağına dair məsələ Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov yazda Ukrayna radio kanalının efirində səsləndirmişdi .

Tehsil-press.az

Oxşar xəbərlər