Putin-Lukaşenko görüşündə nələrdən danışıldı?

Putin-Lukaşenko görüşündə nələrdən danışıldı? “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini ətraflı müzakirə etdik. KTMT-də sədrlik yanvarın 1-dən Belarusa keçəcək”.
Bunu Rusiya Prezidenti Vladimir Putin həmkarı Aleksandr Lukaşenko ilə Belarusun paytaxtı Minskdə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bugünkü danışıqlarda KTMT ilə yanaşı, vahid müdafiə məkanının formalaşdırılması barədə geniş müzakirə aparılıb:
“Biz dövlət təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda Belarusun xüsusi döyüş sursatı üçün təyyarə hazırlaması barədə danışdıq. Düşünürəm ki, xüsusi döyüş başlığı istifadə etmək qabiliyyətinə malik Belarus döyüş aviasiya ekipajlarını hazırlaya bilər”.

Tehsil-press.az


Oxşar xəbərlər