Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan və Ermənistan arasında sülh yaratmaq istədiyini deyib.
O, bunu Ermənistanın paytaxtı İrəvanda KTMT-nin iclasında çıxışı zamanı bildirib.
“Sülh müqaviləsi üçün ilk növbədə Ermənistanın hərəkətə keçməsinə ehtiyac var”,- deyə Lukaşenko vurğulayıb.
Rusiyanın ətrafındakı dövlətlərin kənardan manipulyasiya edildiyini deyən Lukaşenko Ukrayna, Belarus və Qazaxıstanda baş verən proseslərdən sonra Azərbaycan və Ermənistan arasındakı məsələnin də gündəmdə olduğunu bildirib.
“İstəyirik ki, bizə dost olan iki qonşu dövlət arasında məsələ sülh yolu ilə həll edilsin”, - Lukaşenko qeyd edib.
Tehsil-press.az