Putinlə Lukaşenko Belarusdakı vəziyyəti müzakirə etdilər

Putinlə Lukaşenko Belarusdakı vəziyyəti müzakirə etdilər Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Dövlət başçıları prezident seçkilərindən sonra Belarusda yaranan vəziyyəti müzakirə ediblər. Lukaşenko ölkədə vəziyyətin normallaşması üçün görülən tədbirlər barədə məlumat verib.
Daha sonra ölkə başçıları koronavirusla mübarizə məsələsini müzakirə ediblər. Məlumata görə, Rusiya virus əleyhinə peyvəndi ilk olaraq Belarusa göndərəcəyini vəd edib. Bundan başqa, Belarus vətəndaşları vaksinin sınaqlarının üçüncü mərhələsində iştirak edəcəklər.
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkilərindən sonra etirazlar başlayıb. Müxalifət nümayəndələri Lukaşenkonun 80,1 faiz səslə qalib gəldiyi seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər