Ukraynanın bu şəhərlərində vəziyyət ağırdır

Ukraynanın bu şəhərlərində vəziyyət ağırdır Rusiya Prezidenti Vladimir Putin Ukraynadan ilhaq edilən Xerson, Zaporojye, Donetsk və Luqanskda təhlükəsizlik vəziyyətinin son dərəcə ağır olduğunu bildirib.
Putin bunu 20 dekabr Təhlükəsizlik Xidməti Günü münasibətilə yaydığı videomüraciətində qeyd edib.
"Xüsusi xidmət orqanlarımız son illər çox səmərəli işləyir. Mən Federal Təhlükəsizlik, Xarici Kəşfiyyat, Federal Mühafizə və digər xüsusi bölmələrin əməkdaşlarına göstərdikləri cəsarətə görə təşəkkür etmək istəyirəm”, - deyə Putin vurğulayıb.
O, Ukraynadan ilhaq edilən 4 bölgədəki təhlükəsizlik vəziyyətinə də toxunub:
"Rusiyanın yeni bölgələrində fəaliyyətə başlayan təhlükəsizlik xidmətinin bölmələri üçün şərait daha çətindir. Donetsk və Luqansk Xalq Respublikalarında, Xerson və Zaporojye vilayətlərində vəziyyət ağırdır. Amma orada yaşayan Rusiya vətəndaşları sizin himayənizə arxalanır. Onların orada təhlükəsizliyini təmin etmək, hüquq və azadlıqlarını mümkün qədər qorumaq üçün hər şeyi etmək borcunuzdur”.

Tehsil-press.az


Oxşar xəbərlər