“Dünya çempionu olmayacağımı düşünürdüm” - Video

“Dünya çempionu olmayacağımı düşünürdüm” - Video Argentina millisinin kapitanı Lionel Messi 30 il öncə yayımlanan müsahibəsini instaqram hesabında paylaşıb.
Paylaşımda Messinin futbol karyerası və iştirak etdiyi dünya çempionatları yer alıb.
“Futbolun mənə çoxlu sevinc və kədər bəxş etdiyi otuz ilə yaxındır. Həmişə dünya çempionu olmaq arzusunda idim. Bunun heç vaxt olmayacağını düşünsəm belə, cəhd etməyi dayandırmaq istəmədim.
Əldə etdiyimiz bu kubok 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında qalib olmayanların hamısı üçündür. Çünki orada iştirak edən hamı buna layiq idi. Mən və hamımız buna layiq idik.
Hər şey bizim istədiyimiz kimi getməsə belə, qazandığımız qələbədir.
Qələbə gözəl qrup, məşqçilər korpusu və bizim üçün işi asanlaşdıran bütün insanların haqqıdır.
Çox vaxt uğursuzluq yolun və öyrənmənin bir hissəsidir və xəyal qırıqlığı olmadan uğurların gəlməsi mümkün deyil”,-deyə Messi qeyd edib.
Qeyd edək ki, 18 dekabrda keçirilən dünya çempionatının finalında Argentina millisi qalib olub.

Tehsil-press.az



Oxşar xəbərlər