İrandakı etirazlarda ölən uşaqların sayı açıqlandı

İrandakı etirazlarda ölən uşaqların sayı açıqlandı İranda etirazlarda ölən uşaqların sayı açıqlanıb.
Hadisələr zamanı son 1 ayda 69 uşaq həlak olub.
Bildirilib ki, ümumilikdə 503 nəfər ölüb, 18452 etirazçı həbs edilib.
Xatırladaq ki, cari ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər. Aksiyalar zamanı 10 mindən çox etirazçı saxlanılıb. Onlar arasında xarici ölkə vətəndaşları da var.

Tehsil-press.az


Oxşar xəbərlər