Etiraz aksiyalarında ölənlərin sayı 309-a çatıb

Etiraz aksiyalarında ölənlərin sayı 309-a çatıb Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 309-a çatıb.
Bu barədə Nikaraquanın insan hüquqları üzrə assosiasiyasından bildiriblər.
Məlumata əsasən, öetiraz aksiyalarında daha 24 nəfər həlak olub. Beləliklər, ölənlərin sayı 309-a çatıb.
Qeyd edək ki, Nikaraquada etiraz aksiyaları aprelin 18-dən hakimiyyətin təklif etdiyi islahatlar fonunda başlayıb. Ölkə prezidenti Daniel Orteqo sözügedən islahatı ləğv edib. Etiraz aksiyaları zamanı son 5 ölüm halı nəzərə alınmadan 212 nəfər həlak olub.
BMT-nin insan hüquqları üzrə Ali komissarının idarəsi daha əvvəl Nikaraquada hökumət əleyhinə etirazlar zamanı ölən və yaralananların artması ilə əlaqədar narahatlığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər