Zelenski-Bayden görüşündə nələrdən danışıldı?

Zelenski-Bayden görüşündə nələrdən danışıldı? Ağ Evə gedən Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Bayden ilə görüşüb.
Görüşdə hər iki ölkə rəhbərləri xüsusilə Rusiya-Ukrayna müharibəsinə diqqət çəkiblər.
Zelenski Co Baydenlə birgə mətbuat konfransında bildirib ki, bu müharibədə ölkəsinin müstəqilliyini müdafiə edən ukraynalıların valideynləri qisas hissi ilə yaşayır:
“Həmin valideynlər itkiyə görə heç bir kompensasiya almaqda maraqlı deyillər. Prezident kimi mənim üçün ədalətli sülh torpağımız, ərazi bütövlüyümüz, suverenliyimizlə bağlı heç bir güzəştə getməmək, Rusiyanın təcavüzü nəticəsində dəyən bütün itkilərin ödənilməsidir. Valideynlərimiz oğullarını, tibb bacısı olan qızlarını cəbhədə itirib. Onlar üçün ədalətli dünya bütün bu pullar deyil. Onları heç bir təzminat maraqlandırmır. Onlar yalnız qisas almaq üçün yaşayırlar”.
ABŞ Prezidenti isə öz növbəsində 300 gün ərzində Ukraynanın Rusiyaya qarşı dirənişini və qırılmazlığını yüksək qiymətləndirərək bundan sonra da ABŞ-ın Ukraynaya əlavə 45 milyard dollarlıq yardım, 1,8 milyard dollarlıq paket ayıracağını deyib:
"Ukraynanın azadlığı təhlükə altında olanda amerikalılar tərəddüd etmədilər və Ukraynanın müdafiəsinə qalxdılar. Müttəfiqlər Ukraynanı gücləndirmək üçün 2000 tank və zirehli texnika, 800 artilleriya sistemi, 2 milyon mərmi, milyardlarla dollar maddi dəstəklə təmin etdilər. Avropa və ABŞ-ın dünya üzrə müttəfiqləri milyonlarla ukraynalı qaçqına sığınacaq verdi".
Qeyd edək ki, bu, Ukrayna Prezidentinin vəzifəyə başladığı gündən ABŞ-a ikinci, ölkəsindəki müharibənin başlamasından sonra isə ilk səfəridir.

Tehsil-press.az

Oxşar xəbərlər