ABŞ-də 40 ilin ən soyuq qışı yaşanacaq

ABŞ-də 40 ilin ən soyuq qışı yaşanacaq ABŞ-yə yeni çovğun fəlakəti ilə bağlı xəbərdarlıq edilib.
Bununla bağlı ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) məlumat yayıb.
Alimlər ABŞ-də son 40 ilin ən sərt qar fırtınasının yaşanacağını bildiriblər.
Qeyd olunub ki, 37 ştatda 90 milyondan çox insan soyuqdan təsirlənəcək.
Həmçinin, ölkənin cənubundakı Texas ştatına qədər temperaturun sıfırın altına düşəcəyi də bildirilib.
Alimlər vurğulayıblar ki, sərt hava ölümlərə də səbəb olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər