Ruhanidən ABŞ-a sərt sözlər - “Siz kimsiniz ki?..”

Ruhanidən ABŞ-a sərt sözlər - “Siz kimsiniz ki?..” “ABŞ İrana göstəriş verə bilməz”.
Bunu Amerikanın dövlət katibi Maykl Pompeonun bəyanatını şərh edən İran prezidenti Həsən Ruhani deyib:
“Siz kimsiniz ki, İran və dünya ilə bağlı diqtə edirsiniz? Dünya bu gün ABŞ-ın məntiqini qəbul etmir”. Ruhani bildirib ki, ABŞ-ın hazırkı administrasiyası keçmişə qayıdıb və oğul Corc Buşun 2003-2004-cü illərdəki sözlərini təkrarlayır. “Dünənə kimi casus agentliyində işləyən insan indi ABŞ-ın dövlət katibi olub və ölkələrin taleyini həll etməyə çalışır”, - deyə Ruhani Pompeonun ünvanına sərt fikirlər səsləndirib.
Xatırladaq ki, Amerikanın dövlət katibi dünən Vaşinqtonun İranla yeni nüvə sazişinə girməsi üçün yeni şərtlərini açıqlamışdı. ABŞ-ın bu şərtlərlə İrana qarşı sərt təzyiqlər göstərmək niyyətində olduğu bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər