G7 ölkələri Ukraynaya maliyyə yardımının həcmini açıqladı

G7 ölkələri Ukraynaya maliyyə yardımının həcmini açıqladı 2023-cü ildə G7 ölkələri Ukraynaya 32 milyard dollara qədər maliyyə yardımı göstərəcək.
Bu barədə G7 ölkələrinin maliyyə nazirlərinin bəyanatında bildirilir:
“2023-cü il üçün biz artıq Ukraynaya büdcə və iqtisadi dəstək üçün 32 milyard dollara qədər vəsait topladıq”.
Bu məbləğə Avropa İttifaqının göndərəcəyi 18 milyard avro və Konqresin bu həftə təsdiq edəcəyi ABŞ yardımı daxildir.
Qeyd edək ki, G7 ölkələri Kiyevə yardım göstərilməsi istiqamətində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər