Avropa Parlamenti Ukraynaya bir milyard avro dəyərində maliyyə yardımının verilməsini dəstəkləyib

Avropa Parlamenti Ukraynaya bir milyard avro dəyərində maliyyə yardımının verilməsini dəstəkləyib Avropa Parlamenti Ukraynaya bir milyard avro dəyərində makromaliyyə yardımının verilməsini dəstəkləyib.
Bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Avropa Parlamenti Avropa Komissiyasının büdcə ehtiyaclarını ödəmək üçün Ukraynaya makromaliyyə yardımının birinci tranşının ayrılması təklifini dəstəkləyib.
Ukrayna Maliyyə Nazirliyi bu qərarın çox qısa müddətdə qəbul edildiyini qeyd edib. Vəsait həm də, Ukraynada maliyyə sabitliyinin təmin edilməsinə yönəldiləcək.
Qeyd edək ki, bu, sosial xərclər üçün razılaşdırılmış 9 milyard avroluq paketin birinci tranşıdır. Bundan əlavə, bu yaxınlarda Ukrayna Almaniyadan bir milyard avroluq qrant almışdı.

Tehsil-press.az



Oxşar xəbərlər