“Saakaşvili ölərsə,Gürcüstanın Aİ-yə üzvlüyü təsdiqlənməyəcək”

“Saakaşvili ölərsə,Gürcüstanın Aİ-yə üzvlüyü təsdiqlənməyəcək” Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili həbsdə ölərsə, Gürcüstanın Aİ-yə üzvlük ərizəsi təsdiq edilməyəcək.
Bunu Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yaçek Saryuş-Volski tviter hesabında qeyd edib.
“Saakaşvilinin azad edilməsi ilə Gürcüstanın Aİ-yə daxil olması arasında paralellər mövcuddur. Hər ikisi bir-birindən ayrılmazdır. Keçmiş prezident həbsdə ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ-yə üzvlüyünə səs verməyəcək”,-deyə deputat yazıb.

Tehsil-press.az



Oxşar xəbərlər