Mixail Saakaşvili siyasətdən gedir

Mixail Saakaşvili siyasətdən gedir Gürcüstanın üçüncü prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili yaratdığı "Vahid Milli Hərəkat" (VMH) partiyasını tərk edir və bununla da siyasətdən gedir.
Gürcüstanın keçmiş prezidentinin siyasəti tərk etməsi onun səhhəti və həyat təhlükəsizliyi ilə bağlıdır.
Onun sözlərinə görə, M. Saakaşvilinin siyasi resursları tükənib. O, indi ancaq sağlamlığının qayğısına qalmalıdır. Eks-prezident hazırda siyasətlə maraqlanmır və bu mövzuda danışmır.
"İndi ancaq söhbət onun sağlamlığından və həyatından gedir", - deyə vəkil vurğulayıb.
Vəkilin bu bəyanatı VMH partiyası üzvlərinin təəccübünə səbəb olub. Partiya liderləri bu məsələdən xəbərsiz olduqlarını və bəyanatın onlar üçün gözlənilməz olduğunu bildirirlər.
Qeyd edək ki, artıq xeyli vaxtdır həbsdə olan M.Saakaşvili səhhətində ciddi problemlər yarandığı üçün "Viamed" xəstəxanasında müalicə alır. O bu xəstəxanaya mayın 12-də köçürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər