İtaliyada Çindən gələnlərə ekspres COVID testi tətbiq olunacaq

İtaliyada Çindən gələnlərə ekspres COVID testi tətbiq olunacaq İtaliyanın şimalındakı Lombardiya regionunda Çindən gələn sərnişinlər üçün ekspres COVID-19 testi tətbiq olunacaq.
Buna səbəb Çin hökumətinin koronavirusun yoluxucu xəstəlik statusunun “A” kateqoriyasından “B” kateqoriyasına endirilməsi və səyahət məhdudiyyətlərini tam aradan qaldırmasıdır.
Milanın Malpensa Beynəlxalq Aeroportunda Çindən gələn sərnişinlər üçün ekspres COVID testi ilə bağlı tələb yanvarın 30-dək qüvvədə olacaq. Bunun profilaktik tədbir olduğu və Çindən gələn bütün sərnişinləri və operatorları əhatə edəcəyi bildirilib.

Tehsil-press.az



Oxşar xəbərlər