Həftədə iki dəfə PCR testi verəcəklər - Türkiyədə yeni qaydalar

Həftədə iki dəfə PCR testi verəcəklər - Türkiyədə yeni qaydalar “Sentyabrdan məktəblərinə qovuşmağı gözləyən şagirdlərin gələcəyinin vaksinasiya ilə bağlı qət ediləcək məsafədən asılı olduğunu yadımızdan çıxarmamalıyıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında deyib.
“6 sentyabrda üz-üzə tədrisin başlaması ilə şagirdlərlə təmasda olan, amma vaksinasiyadan keçməyən müəllim və təhsil işçilərindən həftədə ən azı iki dəfə PCR testindən keçməsini istəyəcəyik.
Peyvənd vurdurmayan universitet tələbələri və universitet əməkdaşlarından da müntəzəm olaraq PCR testi tələb olunacaq.
Konsert, teatr və kino kimi insanların kütləvi olduğu fəaliyyətlər üçün də məcburi PCR testi tətbiqini nəzərdə tuturuq.
Təyyarə və şəhərlərarası avtobus səyahətləri üçün məcburi PCR testi tətbiq olunacaq”, - dövlət başçısı bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər