Braziliya Pele ilə belə vidalaşır

Braziliya Pele ilə belə vidalaşır Braziliyanın “Santos” futbol klubunun stadionunda əfsanəvi futbolçu Pele ilə vida mərasimi keçirilir.
Futbolçu ilə vidalaşmağa gələnlər arasında ailə üzvləri ilə yanaşı idmançılar, hökumət rəsmiləri, həmçinin FİFA prezidenti Canni İnfantino da var.
Vida mərasiminin bir gün davam edəcəyi gözlənilir. Dünya futbolunun əfsanəsi ilə vidalaşmaq üçün bəzi azarkeşlər 14 saatdan çox növbəyə dayanıblar. Onların bir çoxunun əynində Braziliya millisinin və ya “Santos” klubunun forması var.
Qeyd edək ki, Pele 19 il “Santos”da oynayıb. Braziliya yığması ilə 3 dəfə Dünya Çempionatının qalibi olub və karyerasını "Nyu-York Kosmos"da başa vurub. Hücumçu "Santos" və "Nyu-York Kosmos" komandalarının heyətində vurduğu 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.
Əfsanəvi futbolçu 82 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun vəfat etməsindən sonra Braziliya hökuməti ölkədə üç günlük milli matəm elan edib.

Tehsil-press.az

Oxşar xəbərlər