Titedən Trampa cavab - “Tarixi yaxşı oxusun”

Titedən Trampa cavab - “Tarixi yaxşı oxusun” Futbol üzrə Braziliya yığmasının baş məşqçisi Tite ABŞ prezidenti Donald Trampa cavab verib.
Trampın FİFA-nın rəhbəri Canni İnfantino ilə görüşdə Braziliya haqda “Bir futbol ölkəsi? Düşünürəm ki, onların son zamanlarda problemləri var” sözləri Titenin xoşuna gəlməyib və onu tarix oxumağa çağırıb:
“Mənim cavabım? Biz 5 dəfə dünya çempionu olmuşuq. Bəlkə də, Tramp tarixi daha yaxşı öyrənməlidir”.
Qeyd edək ki, Tramp İnfantino ilə avqustun 28-də Ağ Evdə görüşmüşdü.

Tehsil-press.az

Oxşar xəbərlər