Futbol üzrə üçqat dünya çempionu Pele , San-Pauluda xəstəxanaya yerləşdirilib.
82 yaşlı sabiq futbolçuya ürək çatışmazlığı diaqnozu qoyulub.
Sorğu zamanı o da məlum olub ki, Pelenin son aylarda keçirdiyi kimya terapiyası lazımi nəticə verməyib. Hazırda həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər.
Pelenin qızı Kelli Nasimento sosial şəbəkədə atasının səhhəti ilə bağlı paylaşım edib.
“Media atamın səhhəti ilə bağlı yenə də dəli olub. O, xəstəxanada daimi müşahidə altındadır. İndi ailəm ona baş çəkir. Fövqəladə hallar və ya kritik proqnozlar yoxdur. Yeni il ərəfəsində orada olacağam və söz verirəm ki , oradan bəzi fotolar yerləşdirəcəm”, - Kelli Nasimento yazıb.
Pele son vaxtlar xərçənglə mübarizə aparır və dəfələrlə xəstəxanaya yerləşdirilib. 2021-ci ildə o, yoğun bağırsağındakı yenitörəməni çıxarmaq üçün əməliyyat olunub.
Pele tarixdə üç dünya çempionu olan yeganə oyunçudur (1958, 1962 və 1970-ci illərdə). O, demək olar ki, bütün karyerasını doğma Santosda keçirib və eyni zamanda New York Cosmos-da iki mövsüm oynayıb . Braziliya millisində 92 oyuna 77 qol vuran hücumçu komandasının bombardiri olub. Braziliyalı hücumçu Neymar ondan iki top geri qalır.
Tehsil-press.az