Paşinyanın açıqlaması Ermənistan səfirlərini şoka salıb. Bu barədə erməni mediası məlumat yayıb. Dekabrın 20-21-də Cermukda diplomatlarla görüş keçirilib. Görüşdə Ermənistan səfirləri Rusiya və Ukrayna üstündə dava salıblar.
Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan ölkədəki müharibədən danışarkən Paşinyana Ukraynanı dərhal dəstəkləməyi tövsiyə edib. Çünki Ukraynanın qələbəsi “bir neçə ayın işidir”.
Karapetyanın açıqlaması Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı əsəbiləşdirib və ona “xəstə” deyib.
Bundan sonra Paşinyan çıxış edib. Onun açıqlaması isə erməni səfirləri şoka salıb.
“Paşinyan isə sensasion bəyanatla çıxış edərək səfirlərə bildirib ki, Nairi ölkəsi yoxdur. Diplomatlar başa düşüblər ki, Qarabağ onlar üçün artıq yoxdur”, – deyə media bildirib.
Məlumat üçün deyək ki, Nairi – e.ə. 1114- 860-cı illərə aid Van Gölünün cənubi hisəsində tarixsəl bir ölkə adıdır. Ermənilərə qarışacağı və aidiyyatı olmasa da, onlar bunu da öz adlarına çıxırlar və Qarabağı “Nairi ölkəsi” adlandırırlar.
Tehsil-press.az