Putin Ermənistan səfirini niyə 8 aydır qəbul etmir?

Putin Ermənistan səfirini niyə 8 aydır qəbul etmir? “Vaqarşak Arutyunyanın Ermənistanın Rusiyadakı səfiri təyin olunmasından 8 ay keçməsinə baxmayaraq, səfirin öz etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə nə vaxt təqdim edəcəyi məlum deyil”.
Qəzet yazır ki, siyasi dairələrdə dövr edən versiyaya görə, Rusiya Prezidenti bununla Ermənistanın Baş naziri Nikol Paşinyana və yaxud səfirin özünə “xüsusi” münasibətini nümayiş etdirir. Bununla yanaşı, Rusiya siyasi dairələrinin sözügedən səfirdən böyük narazılıq duyduğu da vurğulanıb. 
Digər versiyaya görə isə, səfirin etimadnaməsinin təqdim edilməsi prosesi məhz İrəvan tərəfindən ləngidilir. Belə ki, Ermənistan hökuməti Vaqarşak Arutyunyanın xidmətindən razı qalmayıb və onun əvəzinə başqa namizəd axtarılır. 
“Ermənistanın Rusiyadakı səfirliyinin bəzi əməkdaşlarının sözlərinə görə, Vaqarşak Arutyunyan Moskvada baş tutan bir sıra qapalı görüşlərdə Nikol Paşinyanla heç bir əlaqəsi olmadığını, rusiyayönümlü olduğunu və Paşinyanın siyasəti ilə razı olmadığını dilə gətirib”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, V.Arutyunyan yanvar ayında Ermənistanın Rusiyadakı yeni səfiri təyin olunub. O, 1999-2000-ci illərdə ölkənin müdafiə naziri vəzifəsini icra edib. 2020-ci ilin avqustunda Baş nazir Nikol Paşinyanın baş müşaviri təyin olunub. Arutyunyan 2020-ci ilin noyabrın sonunda yenidən müdafiə naziri postuna gətirilsə də, 2021-ci ilin iyulunda istefa verib.

Tehsil-press.az


Oxşar xəbərlər