2022-ci ilin uğurlu il olacağını dövlət başçımız bir il əvvəl bəyan etmişdi. Ötən bir ilin uğurlarına nəzər yetirsək, 2023-cü ilin də xalqımız və dövlətimiz üçün uğurlu il olacağını söyləmək olar. Bu uğurların əsas səbəbi ilk növbədə siyasi və iqtisadi müstəqillikdir. Bu barədə Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə təbrik müraciətində Prezident İlham Əliyev bəyan etdi.
Ötən ilin əsas uğurlarından biri 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin yaratdığı reallıqlara uyğun olaraq, Ermənistanın rəsmən Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıması oldu. Prezident İlham Əliyevin də söylədiyi kimi, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər.
Dövlətimizin başçısı eyni zamanda bu il qarşıda duran əsas vəzifələri də açıqladı. Belə ki, postmünaqişə dövründə də Azərbaycan hərbi qüdrətini artırır. Məhz bunun sayəsində son iki ildə bir neçə hərbi əməliyyat keçirildi və bu əməliyyatlar döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədi. Biz son iki il ərzində bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərimizi daha da möhkəmləndirmişik. Təcrübəyə əsaslanaraq söyləmək olar ki, hərbi sahədə daha da möhkəmlənmək postmünaqişə dövrünün əsas reallıqlarından biridir. Dövlət başçısının çıxışından aydın oldu ki, 2023-cü ildə də bu proses davam edəcək.
Əsas prioritetlərdən biri işğaldan azad olunmuş ərazilərin bərpasıdır ki, bu il də bu istiqamətdə kompleks tədbirlər davam edəcək. Burada da əsas məqsəd qısa vaxtda keçmiş məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaq, onların təhlükəsiz və layiqli həyat şəraitini təmin etməkdir. Yeri gəlmişkən, Ali baş komandanın da bəyan etdiyi kimi, Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Bu il keçmiş
məcburi köçkünlərin Laçına qaytarılması nəzərdə tutulur.
Beləliklə, Zəngilanın Ağalı kəndindən sonra Laçına da həyat qayıdacaq.
Böyük Qayıdış Proqramına uyğun olaraq, bütün bərpa-quruculuq işləri Baş planlar əsasında davam edəcək.
Bu il eyni zamanda azad olunmuş ərazilərdə artıq üçüncü hava limanının inşası davam edəcək və maksimum iki ildən sonra istifadəyə verilməsi nəzərdə tutulur. 2023-cü ildə eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər davam etdiriləcək. Belə ki, Prezident İlham Əliyevin də söylədiyi kimi, Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Çünki Azərbaycan ortaya güclü iradə qoyub və bütün işlər plan üzrə gedir. Əsaslı və ədalətli tələb irəli sürən Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bağlantı mütləq olmalıdır.
Bir sözlə, 2022-ci ilin yekunlarına nəzər salaraq əminliklə söyləmək olar ki, bu il də ötən il qazandığımız uğurların davamı ilə yadda qalacaq. Ötən ilin yekunları yeni uğurlar üçün zəmindir.
Tehsil-press.az