Cənab prezidentin xalqın milli maraqlarına xidmət edən və ağıllı siyasətinin növbəti addımı. Təkcə regionun deyil bütün dünyanın diqqət mərkəzində olan növbəti Brüssel görüşü Avropa ittifaqı, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə aprelin 6-da baş tutdu.
Brüssel görüşü: İkinci üçtərəfli görüş. Birmənalı şəkildə vurğulanmalıdır ki, bu görüşlər və danışıqlar Prezident İlham Əliyevin postmünaqişə dövründə Brüssel sülh gündəliyinin tərkib hissəsidir. Belə ki, gündəlikdə duran əsas məsələ Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitaniyası və demarkasiyasının vacibliyidir.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi. Gündəlikdə duran növbəti vacib məsələ iki ölkə arasında sülh müqaviləsi üzərində işə başlanması ilə bağlıdır. Bu məqsədlə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazı bütövlüyüdür.
Humanitar addımlar: itkinlərin taleyi, minalanmış ərazilər, quruculuq işləri. Hələ Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyi Azərbaycan dövlətini düşündürən və daim cənab prezident nəzarətində olan əsas məsələlərdən biridir. Ermənistan kütləvi məzarlıqların yerinin koordinatlarını Azərbaycana verəcəyinə dair əvvəlki görüşlərdə üzərinə götürdüyü öhdəliklərə əməl etməsə də, Azərbaycan prezidenti itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi üçün səylərini kəskin şəkildə davam etdirir. Eyni zamanda Avropa İttifaqının humanitar mina təmizləmə və bərpa-yenidənqurma işlərinə yardım göstərməyi davam etdirməklə bağlı fikirləri Aİ-nin Azərbaycanın marağında olan məsələlərə laqeyd olmadığını söyləməyə əsas verir.
Nəqliyyat kommunikasiya xətlərinin bərpası. Brüssel görüşündə diqqət çəkən məqamlardan biri Azərbaycan və Ermənistan arasında, eləcə də bütövlükdə Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması məsələsinin müzakirəsi olub.
Beləliklə aprelin 6-da keçirilmiş 4 saat yarımdan artıq davam etmiş Brüssel görüşü belə nəticəyə gəlməyə əsas verir ki, Avropa İttifaqının dəstəyilə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanızm və format yaranır. Bunun da məqsədi, ilk növbədə Azərbaycan Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının sədri
Günəş Cəfərova
Günəş Cəfərova