ABŞ Konqresində 100 ildə bir ilk yaşandı

ABŞ Konqresində 100 ildə bir ilk yaşandı ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin seçilməsi son yüz ildə ilk dəfə bir turla məhdudlaşmayıb.
Respublikaçıların lideri Kevin Makkarti ilk cəhddə səs çoxluğunu qazana bilməyib.
Ümumilikdə səsverməyə üç namizəd çıxarılıb: Respublikaçılardan - Makkarti və Endryu Biqs, Demokratlardan isə Hakim Cefris.
Respublikaçıların lideri kifayət qədər sayda partiya üzvünün dəstəyini ala bilməyib. Halbuki, Makkarti konqresmenləri onu dəstəkləməyə inandırmaq üçün bir sıra güzəştlərə getməli olub.
Nümayəndələr Palatasının sədrinin birinci turda seçilə bilmədiyi belə bir hal sonuncu dəfə düz 100 il əvvəl - 1923-cü ildə yaşanıb.

Tehsil-press.az

Oxşar xəbərlər