ABŞ konqresmenləri iclaslarda maska taxacaq

ABŞ konqresmenləri iclaslarda maska taxacaq ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi bütün konqresmenlərə və digər əməkdaşlara iclaslarda qoruyucu maska taxmağı tapşırıb.
Yeni qərara əsasən, qaydanı pozan konqresmenlər iclasdan uzaqlaşdırılacaq. Deputatlar yalnız çıxış edərkən maskanı çıxara bilər.
Qeyd olunur ki, qərar Texas ştatından olan konqresmen Lui Qomertin koronavirus testinin müsbət nəticə verməsindən sonra qəbul edilib.

Tehsil-press.az

Oxşar xəbərlər