Norveç Ukraynaya növbəti dəfə hərbi yardım göndərəcək

Norveç Ukraynaya növbəti dəfə hərbi yardım göndərəcək Norveç Ukraynaya 10 min uzaqmənzilli müasir artilleriya mərmisi göndərəcək.
Bu haqda Norveçin müdafiə naziri Björn Arild Qram ölkəsinin dövlət televiziyası NRK-a açıqlamasında deyib.
O, Ukraynanın müdafiəyə çox ehtiyacı olduğunu və bu səbəbdən ölkəyə 10 min uzaq mənzilli artilleriya mərmisi göndərdiklərini bildirib.
Nazir müharibənin başladığı gündən bu yana Ukraynaya 600 min avroluq hərbi yardım göndərdiklərini qeyd edib:
“Rusiyanın Ukraynadakı müharibədə qalib gəlməsinə icazə verə bilmərik. Norveç Ukraynaya silah və texnika ilə dəstək versə də, beynəlxalq hüquqa uyğun olaraq təhlükəsiz bir zəmində hərəkət edir”.
Qram Ukraynaya göndərdikləri artilleriya mərmilərinin 30 min kilometr uzaqlıqdakı hədəfləri vura bildiyini vurğulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər