Beynəlxalq simpoziumda “Rauf Yekta bəy və Azərbaycan musiqisi” mövzusunda məruzə dinlənilib

Beynəlxalq simpoziumda “Rauf Yekta bəy və Azərbaycan musiqisi” mövzusunda məruzə dinlənilib AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Əməkdar incəsənət xadimi, musiqişünas Sürayə Ağayeva İstanbul Texniki Universitetinin nəzdində Türk Musiqisi Dövlət Konservatoriyasının keçirdiyi simpoziumda iştirak edib.
Simpozium Türkiyənin məşhur alim-musiqişünası Rauf Yekta bəyin (1871-1935) elmi və yaradıcılıq fəaliyyətinə həsr olunub.
Tədbirdə S.Ağayeva “Rauf Yekta bəy və Azərbaycan musiqisi” mövzusunda məruzə ilə çıxış edib. Alimin tədqiqat obyekti R.Yekta bəyin 1912-ci ildə İstanbulun “Şəhbal” jurnalında Osmanlı türkcəsində çap olunmuş “Kafkasiyada musiki” (“Qafqazın musiqisi”) məqaləsi olub.
S.Ağayeva məruzəsində bildirib ki, “Kafkasiyada musiki” başlığı bu ucsuz-bucaqsız diyarın musiqisinin hərtərəfli işıqlandırılmasını nəzərdə tutsa da, Yekta bəyin məqaləsinin böyük hissəsi Azərbaycan musiqi mədəniyyətinin müxtəlif sahələrinə, Qarabağdan olan musiqiçilərin yaradıcılığına həsr olunub. O qeyd edib ki, Rauf Yekta bəyin “Kafkasiyada musiki” məqaləsinin tədqiqi Türkiyə və Azərbaycanın musiqi mədəniyyəti tarixi üçün böyük əhəmiyyətə malikdir.

Tehsil-press.az



Oxşar xəbərlər