UNESCO-nun nəzdində fəaliyyət göstərən ICTM-nin (International Council for Traditional Music) bülletenində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi tarixi və nəzəriyyəsi kafedrasının təşəbbüsü ilə keçirilən elmi konfranslar haqqında məlumat dərc olunub.
Dünya xalqlarının ənənəvi musiqisinin tədqiqi və təbliği ilə məşğul olan bu mötəbər beynəlxalq təşkilatın Azərbaycandakı təmsilçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova bülletendə çap olunan məqaləsində “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XX elmi-praktik konfrans və “Etnomusiqişünaslıq: elmi paradiqmaların kəsişməsində” beynəlxalq elmi-nəzəri konfrans haqqında informasiya təqdim edib.
Qeyd edək ki, adı çəkilən konfranslarda müxtəlif ölkələrin mütəxəssislərinin etnomusiqişünaslığın müasir problemlərinə dair çoxsaylı məruzələri dinlənilib və bu mövzuda fikir mübadiləsi aparılıb.
Tehsil-press.az