Mədəniyyət və İncəsənət Universitetində elmi-praktik seminar təşkil olunub

Mədəniyyət və İncəsənət Universitetində elmi-praktik seminar təşkil olunub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Musiqi sənəti fakültəsinin Musiqi tarixi və nəzəriyyəsi və İnstrumental ifaçılıq kafedralarının “İncəsənət tarixi: XXI əsrdən baxış” silsiləsindən növbəti elmi-praktik seminarı keçirilib.
Onlayn təşkil olunan seminar “Klassisizm: tarixi və əhəmiyyəti” mövzusuna həsr edilib.
Tədbirdə çıxış edən ADMİU-nun beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru professor Gülşən Əliyeva-Kəngərli, elmi işlər üzrə prorektoru dosent Sədaqət Əliyeva, Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri professor Kamilə Dadaşzadə keçirilən elmi-praktik seminarın əhəmiyyəti haqqında məlumat veriblər. Bildirilib ki, bu silsilə tədbirlər tələbələrin elmi potensialının inkişafına müsbət təsir göstərir. “İncəsənət tarixi: XXI əsrdən baxış” mövzusunda seminar artıq 7-ci ildir keçirilir. Bu il Musiqi tarixi və nəzəriyyəsi kafedrası ilə yanaşı, İnstrumental ifaçılıq kafedrası da onun təşkil olunmasında yaxından iştirak edib.
Bunun ardınca tələbələrin klassisizm mövzusunda çıxış və slaydları təqdim olunub. ADMİU-nun Musiqi sənəti fakültəsinin xor kollektivinin ifalarının videogörüntüləri yayımlanıb.
Seminarda, həmçinin Teatr sənəti və Rəssamlıq fakültələrinin tələbələri iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər