Xəzər Universitetinin əməkdaşı Türkiyədə keçirilən beynəlxalq elmi simpoziumda məruzə ilə çıxış edib

Xəzər Universitetinin əməkdaşı Türkiyədə keçirilən beynəlxalq elmi simpoziumda məruzə ilə çıxış edib Türkiyənin Qazi Universitetində Bilge Tonyukukun xatirəsinə həsr olunmuş “Türk dili və ədəbiyyatının tədris” adlı III beynəlxalq simpozium keçirilib.
Simpoziumda Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Xatirə Yusifova “Müstəqillikdən sonra klassik Azərbaycan ədəbiyyatının tədrisi (Xəzər Universiteti örnəyində)” mövzusunda məruzə ilə çıxış edib.
Sonda X.Yusifova Qazi Universiteti tərəfindən sertifikatla təltif olunub.

Tehsil-press.az


Oxşar xəbərlər