Bakıya qayıtmaq üçün ağlasığmaz plan qurdu: iki ölkəni belə aldatmaq istədi – VİDEO

Bakıya qayıtmaq üçün ağlasığmaz plan qurdu: iki ölkəni belə aldatmaq istədi – VİDEO Azərbaycana məxsus rəsmi sənədləri saxtalaşdıraraq Fransanın dövlət qurumlarına təqdim etməyə çalışan şəxs Bakı Beynəlxalq Hava Limanında saxlanılıb.
Hadisə bir müddət əvvəl baş verib.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan və barəsində Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri saxtalaşdırma) maddəsi ilə iş açılan 1988-ci il təvəllüdlü Zeynal Əliyevin işinə Səbail Rayon Məhkəməsində baxılıb.
İş materiallarından məlum olub ki, Zeynal Bakıda Azərbaycan Beynəlxalq Bankında həyat yoldaşı ilə birlikdə işləyib. Lakin o, daha sonra arvadı ilə birgə işdən çıxaraq Fransanın Metz şəhərində yaşayan anasının yanına köçüb. Zeynal sosial şəbəkə vasitəsilə xalası oğlu Nicatla əlaqə saxlayaraq ona 5 faylda sənədlər göndərib və bunların rəngli formada çap edilərək Fransaya göndərilməsini xahiş edib. Saxtalaşdırılmış bu sənədlər isə hərbi xidmətə çağırış və axtarışda olmaqla bağlı olub.
Ətraflı videoda:



Tehsil-press.az

Oxşar xəbərlər