Bakıda 31 yaşlı kişini qətlə yetirən həyat yoldaşı saxlanıldı

Bakıda 31 yaşlı kişini qətlə yetirən həyat yoldaşı saxlanıldı Suraxanı rayonu, Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb.
Prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, zəruri istintaq hərəkətləri və məhkəmə tibb ekspertizası həyata keçirilib.
Hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.
G.Hadızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb.

Tehsil-press.az


Oxşar xəbərlər